Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilən 68 mənzilin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Qaziler.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, mənzillərdən 29-u Naxçıvan şəhərində, 23-ü Şərur, digərləri Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarındakı yeni çoxmənzilli yaşayış binalarındadır. Mənzillər tam təmirlidir.
Mənzillə təminat şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiə sahəsində həyata keçirilən mühüm tədbirlərdən biridir. İndiyədək ölkəmizdə 16 mindən çox, o cümlədən Naxçıvan Muxtar Respublikasında 400-dək mənzil şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

