Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) və 2026-cı il Azərbaycanda “Şəhərsalma və memarlıq ili“ ilə çərçivəsində “İnklüziv şəhərlər alyansı” layihəsini həyata keçirilməsi sona çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, layihədə nəzərdə tutulan fəaliyyətlər uğurla həyata keçirilib. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin xronologiyası və qısa xülasəsi:
“Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birlikləri tərəfindən Bakı Urban Həftəsi çərçivəsində Holiday İnn otelində (13 may) “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” tədbir keçirilib.
Dünya Şəhərsalma Forumu (WUF13) zamanı (19 may) “Şəhərlər hamı üçün – heç kim kənrda qalmasın” mövzusunda tədbir keçirilib.
Layihənin partnyoru Gibuti Əlil Təşkilatları Birliyi, milli təşkilatlar və digər 12 ölkədən olan əlilliyi olan şəxslərin təşkilatlarınin təmsil olunduğu “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsinin yaradılıb və online görüşlərin keçirilib.
Növbəti etapa hazırlıq məqsədi ilə mütəxəsislər, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Universiteti və Media Tədris Mərkəzindən olan könüllü tələbələr və “Bu gün TV Media Qurumu”nun əməkdaşları üçün “Əlilliyin Dərki, Müyəssərlik və Monitorinqlərin aparılması qaydaları” mövzusunda 2 günlük təlim keçirilib.
Layihənin çox vacib komponentlərindən biri olan Müyəssər Azərbaycan proqramı çərçivəsində növbəti etapda inklüziv cəmiyyətin qurulması və hər kəs üçün bərabər imkanların təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, layihənin nəticəliliyinin və davamlılığının təmin edilməsinə xidmət edən əsas fəaliyyətlərdən biri olan Azərbaycanda ilk dəfə "Azərbaycan Müyəssərlik Xəritəsi - AMX (Azerbaijan Accessibility Map – AAM)" yaratmaq olub. Bu fəaliyyətin məqsədi ölkə ərazisində yerləşən müxtəlif infrastruktur obyektlərinin müyəssərlik səviyyəsini qiymətləndirmək, mövcud maneələri müəyyənləşdirmək, əldə olunan nəticələr əsasında etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası formalaşdıraraq "Azərbaycan Müyəssərlik Xəritəsi - AMX (Azerbaijan Accessibility Map – AAM)" yaratmaq olub.
Müxtəlif monitorinq metodlarından istifadə etməklə electron məlumat bazaları (saytlar) inzibati binalar, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və idman obyektləri, parklar, otellər, ictimai-iaşə obyektləri, küçə və piyada infrastrukturu, piyada keçidləri, ictimai nəqliyyat və dayanacaqlar, sosial xidmət müəssisələri və digər ictimai məkanlarda monitorinqlər həyata keçirilməsinə start verilib. Qiymətləndirmə milli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında aparılıb.
Cəmi 154 qurumun yalnız saytlarının rəqəmsal müyəssərliyinin monitorinqi aparılıb.
Cəmi 45 qurumda (məkanda) həm rəqəmsal, həm də müyəssərliyin monitorinqinin digər formalarından (fiziki, müşahidə, keçmiş məlumatlar) istifadə olunub
Qeyd olunan vəaliyyətlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə olaraq etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası formalaşdıraraq "Azərbaycan Müyəssərlik Xəritəsi - AMX (Azerbaijan Accessibility Map – AAM)" saytı ( https://udpo.az/accessibility ) yaradılıb, Bakı və Respublikanın digər zonalarından 45 məkan barədə məlumatlar daxil edilib və nəşr hazırlanıb.
Qeyd edək ki, yaradılan “Azərbaycanın Müyəssərlik Xəritəsində məlumatlar daim yenilənir və əlavə olunur. Əlillik və müyəssərlik üzrə təcrübəsi olan, bu sahədə şəxsi və kollektiv müşahidə aparan hər kəsin təqdim etdiyi hər hansısa sahə haqqında məlumatlar (yazı, foto, video) “Azərbaycan Müyəssərlik Xəritəsi”-nə ( https://udpo.az/accessibility ) yerləşdirilə bilinər. Bunun üçün materiallar [email protected] emalinə göndərilməyi xahiş olunur.
“İnklüziv Şəhərlər Alyansı” şəbəkəsinə daxil olan hər bir ölkədə olan Müyəssərlik xəritələrinin inteqrasiya olunması üzərində iş aparılır.
İştirakçıların sayı:
Tədbirlərdə:
Cəmi - 139 nəfər
Kişi – 80 nəfər
Qadın – 59 nəfər
Təlimlərdə:
Cəmi – 15 nəfər
Kişi – 5
Qadın – 15
Könüllülər: 7 nəfər

