Yeni Klinikanın direktor müavini işdən çıxarıldı

Yeni Klinikanın direktor müavini işdən çıxarıldı backend

Yeni Klinikanın direktor müavini işdən çıxarılıb.

Qaziler.az "unikal.az"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib. 

R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.

Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O, bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.