Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Qaziler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

