Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Avqust pensiyaları  NƏ VAXT ÖDƏNİLƏCƏK? backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ayın 21-dən gec olmayaraq ödəniləcək. Müavinətlərin isə avqustun 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.