Növbəti köç karvanları Xocavəndə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Növbəti köç karvanları Xocavəndə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB backend

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Qaziler.az-ın xəbərinə görə, növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə çatıb. Doğma yurda qayıdan sakinlər üçün təşkil olunan mərasimdə onlara yeni mənzillərinin açarları təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə – 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə – 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə – 17 nəfər köçürülüb.

 

***

13.16

Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb.

Qaziler.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

12.30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Qaziler.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanları yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb.