11 aptekdə nöqsan aşkarlanıb

11 aptekdə nöqsan aşkarlanıb backend

İyul ayında Bakı və rayonlarda 78 aptek yoxlanılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.