Anar Ağakişiyevin çantasında "powerbank" partladı - Xəsarətlər alıb - VİDEO

Anar Ağakişiyevin çantasında "powerbank" partladı - Xəsarətlər alıb -  VİDEO backend

Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib.

Qaziler.az xəbər verir ki, stilist bu barədə sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, çantasında olan "powerbank" qəfil partlayıb. Hadisə nəticəsində Anar Ağakişiyevin dodağı, burnu və saçları yanıb.

Stilist hadisənin pasport nəzarəti zamanı baş verdiyini və alovun üzünə qədər çatdığını söyləyib.

O, hazırda həkimə getdiklərini bildirib və izləyicilərinə "powerbank"ları uşaqlardan uzaq saxlamağı tövsiyə edib.

Anar Ağakişiyev hadisədən sonra çantasının vəziyyətini də nümayiş etdirib. Görüntülərdə "powerbank"ın partlaması nəticəsində çantanın zədələndiyi görünür.

Milli.az