Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək backend

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin Yaşıldərə yaşayış massivi ərazisindən keçən d89 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması üçün təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 14:00-dan etibarən, həmin yaşayış massivində ümumilikdə 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.