Bakıda Böyük Britaniyanın lyuks seqmetindən olan idman avtomobil brendinin ilk şou-rumunun açılışı olub. Trend-in məlumatına görə, açılış mərasimində “Aston Martin”in qlobal satış üzrə direktoru Neyl Sleyd və eləcə də “Avtolux” şirkətinin baş direktoru Əli Əkbər Taheri iştirak ediblər. Mərasimdə çıxış edən “Avtolux”un baş direktoru vurğulayıb ki, dünyada tanınmış Britaniya lyuks idman avtomobili istehsalçısı hazırda ən güclü məhsul seriyasını təklif edir: “Həqiqətən, Bakıda bizim investisiya vasitəsilə brendin qlobal inkişafı yolunda böyük nailiyyətlər əldə etmək istəyirik. Azərbaycanda bu maşınlara tələbat var. İki il ərzində üçüncü brenddir ki, Bakıya gətirmişik. Bu gün təqdim olunan maşınların qiyməti 300-400 min manatdır”.
Daha sonra çıxış edən N. Slayd bildirib ki, Azərbaycan bazarı Aston Martin əfsanəvi brendin dünya üzrə inkişaf proqramını davam etdirməyə əla imkandır. “Aston Martin müasir, bütün dünyada tanınmış unikal irsi olan ekskluziv idman avtomobili şirkətidir”.
Direktor vurğulayıb ki, hazırda brendin dünyanın 45 ölkəsində 155 dileri mövcuddur. “Ən son Aston Martin şou-rumu satış və servis üçün, bundan əlavə bütün lazım olan ehtiyat hissələri də tam təchiz olunub”
N. Sleydın sözlərinə görə, yeni şou-rum Azərbaycanda yüksək səviyyəli lyuks idman (YLİ) seqmentində avtomobil satışlarında sağlam marağın artması ilə bundan gəlir əldə etmək istəyir: “Bizim 16 adda müxtəlif idman avtomobilləri modellərimiz var. “Aston Martin şirkəti fəaliyyətini genişləndirmək üçün 500 milyon funt sterlinq sərmayə yatırmaq qərarına gəlib”.
Aston Martinin Bakı şou-rumunda xüsusi kampaniyaya – “5+5” bütün alıcılara 5 il zəmanət və 5 il pulsuz servis, start verildi.
Daha sonra lyuks seqmetindən olan idman avtomobil brendinin təqdimatı olub.
Qeyd edək ki, adıçəkilən şirkətin 1913-cü ildə əsası qoyulub. “Aston Martin” ikinci yüzilliyə daxil olan rəqibsiz irsə malik əfsanəvi brenddir. Yeni sərmayələr, yeni CEO və şirkət tarixində ən güclü model sırası Britaniyalı lyuks idman avtomobili üçün gələcəkdə yeni imkanlar yaradır. Şirkət Varvikşirdə, Qaydonda yerləşən “memarlığın son nəticəsi” sayılan qərargaha malikdir, bu qərargah dünya üzrə ən əfsanəvi brendə öz işgüzar həyatını həsr etmiş adamların ehtirası, bacarığı və yaradıcılığı üzərində qurulub.