Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit tətbiq olunub.
Qaziler..az xəbər verir ki, artıq bununla bağlı vətəndaşlara müştərisi olduqları müvafiq banklar tərəfindən xəbərdarlıq mesajları göndərilir.
Bildirilib ki, qərar avqustun 1-dən qüvvəyə minib. Kart sahibləri artıq gün ərzində 5 dəfə və aylıq isə ümumilikdə 20 min manat olmaqla kartdan-karta pul köçürmələri edə biləcəklər. Bununla yanaşı, vətəndaşların öz hesabları arasında həyata keçirdiyi əməliyyatlar bu limitə şamil edilmir.
Qeyd edək ki, bu qərara qədər Azərbaycanda kartdan-karta köçürmələrdə say limiti yox idi.

