Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib backend

Xocalı rayonunun Şuşakənd kəndində, Hüseynovların ailəsində oğul övladı dünyaya gəlib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin içtimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, boyu 50 sm, çəkisi 2 kq 700 qram olan körpə, avqustun 2-də xəstəxanadan evə buraxılıb.

Mustafa Kamal adı verilən körpə Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır.

Onun doğulması uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar, sevincli hadisədir. Bu sevinc yalnız Hüseynovlar ailəsinin deyil, doğma yurda qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir.

Bu həm də Şuşakənddə yeni həyatın, davamlı məskunlaşmanın və Böyük Qayıdışın uğurla davam etdiyinin rəmzi kimi dəyərləndirilir.