"Şamaxı” futbol klubunun U-13 komandasının üzvü 12 yaşlı Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.
Qaziler.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd edək ki, bu gün Qaxda yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini Seyidəli Babazadə ölüb.
Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.

