İndoneziyada piton ilanı ziyafətdən evə qayıdan kişini yeyib.
İndoneziyada uzunluğu yeddi metrdən çox olan piton əyləncədən evə qayıdan 35 yaşlı kişini bütövlükdə udub.
Qaziler.az bildirir ki, bu barədə News.com.au məlumat yayıb.
Faciəli hadisə gecə saat üç radələrində Şimali Malukuda baş verib. Hasim Lumbessi gecə Vaysakay kəndinə gedirmiş.
İlan kolların arasından onun üzərinə atılıb, ayağından yapışıb və o, qaçmağa macal tapmamış onu boğaraq öldürüb.
Kişi evə qayıtmayanda narahat olan ailə axtarışa çıxıb və onun arxa çantasını, çantasını və sandalını izdə, yaxınlıqda qan izləri ilə tapıblar.
QAZİLER.AZ

