Türkiyənin Çanaqqala bölgəsinin Biga rayonunda əkinçilik sahələrində başlayan və meşəlik əraziyə yayılan yanğın həm havadan, həm də qurudan söndürülür. Tüstü səbəbindən görünüş məsafəsi azaldığı üçün nəqliyyatın hərəkətinə bağlanan Çanaqqala-Biga avtomobil yolunun 3 kilometrlik hissəsi yenidən açılıb.
Qaziler.az bildirir ki, Yeniçiftlik kəndindəki kənd təsərrüfatı sahəsində hələlik müəyyən edilməmiş bir səbəbdən yanğın baş verib. Küləyin təsiri ilə yanğın meşəyə yayılıb.
Məlumatdan sonra Çanaqqala Meşəçilik Regional Müdirliyindən hava və quru qrupları əraziyə göndərilib.
Çanaqqala valisi Ömər Toraman yanğının 2 təyyarə, 5 helikopter, 15 su tankeri, 4 yanğınsöndürmə maşını və 1 buldozerlə söndürüldüyünü bildirib.
Çanaqqala valiliyindən verilən açıqlamada, sıx tüstüdən yaranan görünürlük azalması səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanan Çanaqqala-Biga avtomobil yolunun 3 kilometrlik hissəsinin yenidən açıldığı bildirilib.
QAZİLER.AZ

