Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
İşin icrası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.
Qeyd edək ki, Kərim Kərimov 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olub.

