Bu gün Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu "Albatros Corporation" məxsus "ATA -2" (IMO 9387669) quru yük gəmisi Rumıniyanın Suliniya limanına çatıb.
Qaziler.az Report-a istinadla xəbər verir ki, bu barədə gəminin kapitanı bildirib.
Qeyd edək ki, gəmi iyulun 30-da səhər saatlarında 3 dronun hücumuna məruz qalıb.
Gəmiyə ciddi ziyan dəyib. Heyəti 13 nəfərdən ibarətdir, onlardan biri türk, qalan 12 nəfər isə azərbaycanlı dənizçilərdir.

