Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.
Qaziler.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:
"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

