Sabah çimərliyə getmək istəyənlərin nəzərinə: Güclü külək əsəcək

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə: Güclü külək əsəcək backend

İyulun 30-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Qaziler.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.