Külək nə vaxt kəsəcək? - Rəsmi açıqlama

Külək nə vaxt kəsəcək? -  Rəsmi açıqlama backend

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Qaziler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.