Sürücülərə şad xəbər: bu yol açıldı

Sürücülərə şad xəbər: bu yol açıldı backend

Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Puşkin küçəsinin Nizami küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissəsində təmir işləri yekunlaşıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bununla əlaqədar, Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən işıqforun iş rejimi sarı döyünən işıqdan işlək vəziyyətə qaytarılıb.