Çimərliklərdə suyun temperaturu 30 dərəcəyə yüksələcək

Çimərliklərdə suyun temperaturu  30 dərəcəyə yüksələcək backend

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyulun 26-da cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.