62 nəfər uğur qazanıb

62 nəfər uğur qazanıb backend

Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, martın 1-də daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

İmtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında başlayıb və 3 saat ərzində aparılıb. Nəticələr elə həmin gün – martın 1-də komissiyanın internet saytında yerləşdirilib.Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.

Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 18 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 189 namizəddən 62 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 89 bal olub.
Diaspora