"Arzum" hansı şərtlərlə həbsxanadan buraxıldı?

"Arzum" hansı şərtlərlə həbsxanadan  buraxıldı? backend

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın ("Arzum9999") hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub.

Qaziler.az "qafqazinfo.az"a istinadən xəbər verir ki, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib.

Məhkəmə Arzumun dörd övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb.

Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.

Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Yəni ki, vəkillər yenidən sübutlarını təqdim edəcək, yeni araşdırma olacaq.