Sosial media səhifələrində “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
xxx
11:31
Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan iddialar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzarətinə götürülüb.
Qaziler.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları da məlumatlandırılıb.
“Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığına dair iddialar yayılıb.

