Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 2-dən 6-dək İtaliyanın Latina şəhərində maddi texniki təminat üzrə funksional sahələr sistemi (LOGFAS) kursu, martın 2-dən 13-dək Türkiyənin paytaxtı Ankara şəhərində silahlı münaqişə hüququ kursu keçiriləcək.Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.