Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə "Partlayıcı Sursatların Təhüküsinə Dair Maarifləndirmə" adlı təlim keçirilib.
Qaziler.az xəbər verir ki, təlim başlamazdan əvvəl ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev təlimin əhəmiyyətindən söz açıblar.
Onlar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Qarabağ Dirçəliş Fonduna belə bir layihənin təşkil etdiyinə görə minnətdarlığını bildiriblər.
Umud Mirzəyev ANAMA-nın rəhbərliyinə xüsusi təşəkkür edib.
Təlim Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin mina problemləri ilə bağlı layihələrin qalib təşkilatların layihə heyətinə keçirilib.
Təlimdə 6 ictimai birlik (BAMF; "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi (İB); "Çıraq" humanitar İB; "Dayaq" İB;“İnci” Məcburi köçkün qadınlar İB) və layihələrin işçi heyəti iştirak edib.
Təlimin sonunda iştirakçılara nəzəri biliklərin qiymətləndirilməsi məqsədilə test sualları paylanılıb.
QAZİLER.AZ

