Müğənni Emin Ağalarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Axar.az xəbər verir ki, dünən Heydər Əliyev sarayında müğənni-bəstəkar Emin Ağalarovun konserti keçirilib. Emin konsertdə qarşıdan gələn yeni il ilə bağlı bütün xalqa təbrik və ürək sözlərini ünvanlayıb.
O, həmçinin Prezident İlham Əliyevin ad gününü təbrik edib.