Gəncədə qadın boşanmaq üstündə  ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə  ərini maşınla vurdu backend

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaziler.az “lent.az”a istinadla xəbər verir ki, hərəkətdə olan avtomobil R.Rəşidlini vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 43 yaşlı kişini həyat yoldaşı qəsdən öz idarə etdiyi avtomobil ilə vurub. Səbəb tərəflər arasında boşanmaq üstündə baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.