Tibb bacısı yeni doğulmuş körpəni çantada oğurlayıb

Tibb bacısı yeni doğulmuş körpəni çantada oğurlayıb backend

Braziliyada 35 yaşlı Auriseliya de Souza Roşa işlədiyi doğum evindən yeni doğulmuş körpəni oğurlamağa cəhd edib.

Qaziler.az bildirir ki, People jurnalının yazdığına görə, o, körpəni öz övladı kimi təqdim etmək istəyib.

Hadisə iyulun 6-da baş verib. Həmin gün Roşanın növbəsi olmasa da, o, tibbi geyimdə iş yerinə gəlib. Özünü tibb bacısı kimi təqdim edən qadın körpənin xalası ilə danışaraq, uşağı analizlər üçün aparacağını bildirib. Körpəni götürdükdən sonra o, xəstəxananın palatalarından birində gizlənib.

Bir neçə dəqiqə sonra Roşa palatadan körpəsiz, lakin çiynində böyük qara çanta ilə çıxıb. “Uşağı ona təhvil versəm də, içimdə pis bir hiss yarandı”, — deyə körpənin xalası sonradan bildirib. O, xəstəxana əməkdaşının ardınca gedib və qadın paltarını dəyişmək üçün tualetə daxil olanda çantaya baxıb. Çantanın içində onun balaca bacısı oğlu olub. Körpə dərhal anasına qaytarılıb.

QAZİLER.AZ