Gəmiyə hücum zamanı itkin düşən kapitanla bağlı Azərbaycan XİN-dən məlumat

Gəmiyə hücum zamanı itkin düşən kapitanla bağlı  Azərbaycan XİN-dən məlumat backend

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.