Azərbaycan Belarus və Qırğızıstanla hərbi əməkdaşlıq quracaq

Azərbaycan Belarus və Qırğızıstanla hərbi əməkdaşlıq quracaq backend

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Moskva səfəri davam edir. QAZİLER.AZ-ın nazirliyin saytına istinadən məlumatına görə, Z. Həsənov dekabrın 23-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.


Hər iki görüşdə ölkələrimiz arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.