Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda - FOTO

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda - FOTO backend

İyulun 13-də IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar ilk olaraq Xocalı Memorial Kompleksini ziyarət edərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Daha sonra forum iştirakçıları Xankəndi şəhərinə yollanıblar. Onlar şəhərdə aparılan tikinti və infrastruktur işləri ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən yenidənqurma və bərpa layihələri barədə ətraflı məlumat da verilib.

Media nümayəndələri  Xankəndi şəhərində yaradılan, tarixi ədalətin və Qələbənin rəmzi olan Zəfər parkını da ziyarət ediblər. Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu, beynəlxalq jurnalistlərin Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesləri ilə yerində tanış olması baxımından da mühüm əhəmiyyət daşıyır.