Balakəndə evi uçan ailə xilas edilib - VİDEO

Balakəndə evi uçan ailə xilas edilib - VİDEO backend

Balakən rayonunda fərdi yaşayış evində uçqun nəticəsində köməksiz qalan sakinlər xilas ediliblər.

Qaziler.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Balakən rayonu, Talalar kəndində fərdi yaşayış evində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, fərdi yaşayış evinin giriş hissəsində qapının və ətrafının konstruktiv elementlərinin uçması nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən edilib".

"Yanğınsöndürən-xilasedicilər tərəfindən evin giriş hissəsində uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar təxliyə edilib", - deyə məlumatda qeyd edilib.