Biləsuvar və Masallının bir hissəsində qaz kəsiləcək

Biləsuvar və Masallının bir hissəsində qaz kəsiləcək backend

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.

Qaziler.az xəbər verir ki, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.