Gəncədə keçirilən toylardan biri qeyri-adi avtomobil karvanı ilə diqqətləri çəkib.
Bəyin retro avtomobillərə olan marağına görə ailə üzvləri həm gəlin maşınını, həm də digərlərini köhnə maşınlardan təşkil ediblərBəyə retro avtomobillərdən ibarət toy karvanı sürprizi etmək fikri qardaşının ağlına gəlib. Atası da onu dəstəkləyərək reallaşmasına imkan yaradıb.
Avtomobilləri toplamaq asan olmayıb. Bu işdə yaxından iştirak edən bəyin əmisi deyirki, axtarışa 1 ay əvvəl başlayıblar.
Elə avtomobillərin sahibləridə retrokarvana həvəslə qoşulublar. Bəziləri hətta digər həmkarların tapılmasında toy sahiblərinə kömək edib.