6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan  ADLAR backend

Cari ilin ilk 6 ayı ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oğlan uşaqlarına ən çox Uğur (849), Raul(601), Miran(523), Əli(521), Hüseyn(519), Yusif(434) Ömər(349), Murad(341), Tunar(321), Fateh(309) adları qoyulub.

"Qız uşaqlarına isə Melisa(569), Aylin(547), Məryəm(538), İnci(514), Nilay(503), Alisa(494), Zəhra(493), Ayla(442), Zeynəb(429), Fatimə(367) adları qoyulub", - məlumatda vurğulanıb.