Bu ay pensiya və sosial yardımların ödəniləcəyi tarix məlum olub

Bu ay pensiya və sosial yardımların ödəniləcəyi tarix məlum olub backend

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Qaziler.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.