AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Bildirilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nın iyulun 6-na planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınmışdı. Məlumata görə, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.



