İntensiv yağış yağacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq

İntensiv yağış yağacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq backend

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Qaziler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.