Quba-Xınalıq yolunda qar uçqunu: 6 kəndlə əlaqə kəsildi

Quba-Xınalıq yolunda qar uçqunu: 6 kəndlə əlaqə kəsildi backend

Bu gün səhər saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.


Qubadakı 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu Quba-Xınalıq yolunun 36-37-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır.

İdarənin canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun qardan təmizlənməsinə işləri aparılır. Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.