Böyük Britaniyada 50-dən çox millət vəkili "Maşa və Ayı" cizgi filminin qadağan edilməsini istəyir.
Böyük Britaniyada millət vəkillərindən ibarət partiyalararası qrup hökumətə məktub yazaraq, ölkədə "Maşa və Ayı" cizgi serialının yayımının dayandırılması ilə bağlı araşdırma aparılmasını tələb edib.
Qaziler.az bildirir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
"Liberal Demokrat", "Leyboristlər", "Mühafizəkarlar", "Yaşıllar", Şotlandiya Milli Partiyası (SNP) və Uels Plaid Cymru partiyalarından olan bir qrup millət vəkili mədəniyyət naziri Lisa Nendiyə məktub yazaraq onun müdaxiləsini xahiş ediblər.
Liberal Demokratlar Partiyasından deputat Tom Qordonun rəhbərliyi ilə hazırlanan və 50-dən çox digər parlamentarinin imzaladığı məktubda dörd yaşlı Maşanın bəzi davranışlarının "təbliğat xarakterli məzmun" olduğu, bunun isə "heç də gizli şəkildə edilmədiyi" iddia olunur.
QAZİLER.AZ



