Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək

Yasamal rayonunun bir hissəsində  qaz kəsiləcək backend

Bakının Yasamal rayonunun bəzi küçələrində qazın verilməsində məhdudiyyətlər yaranacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Ə. Salamzadə və H. Zərdabi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.