Radikal təriqətçilərə qarşı əməliyyat

Radikal təriqətçilərə qarşı əməliyyat backend

Zaqatalada qanunsuz dini təbliğatla məşğul olan şəxsin evində axtarış aparılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda deyilir. Rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evindən 4 dini kitab, 25 ədəd broşür və 11 ədəd audio kasset götürülüb.


Onun oğlu İslamın və Ağdaş sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.