Ələsgər Məmmədoğlu dəfn olundu

Ələsgər Məmmədoğlu dəfn olundu backend

Dünən axşam saatlarında vəfat edən Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilib. Axar.az xəbər verir ki, mərhum aktyorla vida mərasimi onun evinin qarşısında baş tutub.

Vida mərasimində Ələsgər Məmmədoğlunu sevənlərlə yanaşı, sənət dostları – xalq artistləri Cahangir Zeynalov, Azər Paşa Nemət, Hacı İsmayılov, əməkdar artist Sənubər İsgəndərli, aktrisa Sevinc Əliyeva, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və başqaları iştirak ediblər. Daha sonra aktyorun nəşi Qurd Qapısı qəbiristanlığına aparılıb və anasının yanında dəfn olunub.

Xatırladaq ki, əməkdar artist Ələsgər Məmmədoğlu dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.