Bakıda zibillikdən 2 tapança, xeyli patron tapıldı

Bakıda zibillikdən 2 tapança, xeyli patron tapıldı backend

Balaxanı məişət tullantıları poliqonundan silah-sursat tapılıb.

QAZİLER.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən “Təmiz şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız “Makarov” markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.

Araşdırma aparılır.