Binəqədinin bəzi yerlərində qaz olmayacaq

Binəqədinin bəzi yerlərində qaz olmayacaq backend

Bakının Binəqədi rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 29-da saat 10:00-dan işlər yekunlaşanadə Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.