Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

Nizami rayonunun bəzi ərazilərində  işıq olmayacaq backend

Bakının Nizami rayonunun bəzi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qaziler.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.