Şamaxı rayonunun Qəleybuğurd kəndindən keçən Ağsu çayının məcrasından çıxması ərazidə nəqliyyatın hərəkətini iflic edib.
Qaziler.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, intensiv yağıntılar nəticəsində yaranan sel səbəbindən yol tamamilə bağlanıb. Nəqliyyat vasitələrinin hərəkəti mümkün olmadığından sakinlər çayın digər sahilinə keçmək üçün traktorlardan istifadə edirlər.



