Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan verilib.
"Tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən edilib və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb", - məlumatda deyilir.



